• Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb

SİYASƏT

07 Iyun 2026 | 13:20

Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb

Pakistanın daxili işlər naziri feldmarşal Asim Munirin xüsusi məktubunu İran tərəfinə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində Tehrana gəlib və bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı o, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin İranın ali rəhbərinə ünvanlanan xüsusi məktubunu Abbas Əraqçiyə təhvil verib.

Nəqvi ötən gecə İranın daxili işlər naziri ilə görüşü kənarında jurnalistlərə açıqlamasında demişdi ki, burada feldmarşal general Asim Munir və Pakistanın baş naziri Şahbaz Şərifin hazırkı vəziyyətlə bağlı xüsusi məktubunu İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə təqdim etmək üçün olduğunu bildirib.

O bu mesajın mühüm bir mesaj olduğunu düşün­düyünü, hər şeyin yaxşılıqla bitəcəyinə ümid etdiyini vurğulayıb.


SON XƏBƏRLƏR

06 Iyun 2026