• Bakı 25° C

    12.95 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Əraqçi: Təhdidlər davam edərsə,...

SİYASƏT

07 Iyul 2026 | 12:31

Əraqçi: Təhdidlər davam edərsə,...

İranlılar təhdidlərdən qorxmur və əgər bu davam edərsə, ABŞ ilə yekun razılaşma üzrə danışıqlar aparılmayacaq. 

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi  "X" hesabında yazıb.

Nazir paylaşımında "Milyonlarla qürurlu iranlı Ayətullah Xamenei və onun irsini yad etmək üçün toplaşıb. Nə onlar, nə də cəsur silahlı qüvvələrimiz təhdidlərə boyun əyəyəcəklər. 

Anlaşma memorandumunun 13-cü bəndində açıq şəkildə deyilir: təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin" sözlərini yazıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026