"Rusiyanın Ermənistanda sərhədçilərinin qalması və hərbi mövcudluğu uzun illər Ermənistan dövləti ilə Rusiya arasındakı hərbi-siyasi müttəfiqlikdən irəli gəlir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Moskva və İrəvan arasında hərbi-siyasi müttəfiqliyin nəticəsidir ki, hələ də Ermənisanda Rusiyanın hərbçiləri mövcuddur və sərhədlərdə rusların xidmətindən tamamilə imtina edilməyib:
“Bundan başqa məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, Qaluzinin xatırlatdığı kimi Ermənistan Dəmir Yolları uzun müddətə Rusiya Cənubi Qafqaz Dəmir Yollarının istifadəsinə verilib. Rusiyanın arqumenti odur ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın 10-cu bəndinə əsasən Moskva dəhlizdən keçəcək kommunikasiya xətlərinin təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Lakin hüquqi prizmadan daha çox Rusiyanın istəkləri siyasi xarakterlidir. Dəhlizdə nəqliyyat marşrutunun keçəcəyi hissədə Rusiya sərhədçilərinin missiyası Ermənistan dövlətinin təhlükəsizliyini təmin etməkdir. Məhz bu məqsədlə İran və Türkiyə sərhədində rus hərbçiləri yerləşdirilib. Ancaq Ermənistan hökuməti dövlət müqaviləsi bağlayaraq sözügedən hissəsinin istifadəsini ABŞ-yə verib”.
Polad Mehdiyev:İrəvan hökuməti qərar verərək, rus sərhədçilərinin oradan çəkilməsini rahatlıqla təmin edə bilər
P.Mehdiyev əlavə edi bki, hüquqi anlayışda dövlətlərarası müqavilə ilə hökumətlərarası müqaviləi fərqli məsələlərdir:
“Hökumətlərarası müqavilə vurğulandığı kimi iki hökumətin qərarından ibarətdir. Yəni sabah hökumət qərar verərək, rus sərhədçilərinin oradan çəkilməsini rahatlıqla təmin edə bilər. Bu, İrəvanın hüquqi səlahiyyəti çərçivəsindədir. Amma ABŞ ilə dövlətlərarası saziş hökumətlərdən asılı məsələ deyil. Tramp və Paşinyandan hakimiyyətdən gedəndən sonra belə ABŞ və Ermənistan bu müqavilənin şərtlərinə əməl edəcəklər. Yəni ABŞ ilə imzalanmış saziş hüquqi baxımdan Rusiya ilə əldə edilmiş razılıqdan daha üstündür”.
Aydın Baxış
Bakı 



