q
  • Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

SİYASƏT

08 May 2026 | 21:18

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un Avropa bürosuna NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

Hazırda Hamilton vəzifəyə təyin olunduqdan sonra regiona ikinci səfəri çərçivəsində Gürcüstandadır.

Daha əvvəl, aprel ayında o, Ermənistana səfər edib.

NATO-dan bildirilib ki, Hamiltonun səyləri Şimali Atlantika blokunun təşkilatda "strateji əhəmiyyətli region" adlandırılan Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.


SON XƏBƏRLƏR