• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

"İranın 10 maddəlik təklifi ChatGPT ilə yazılmışdı"

SİYASƏT

09 Aprel 2026 | 11:25

İranın 10 maddəlik təklifi ChatGPT ilə yazılmışdı

ABŞ rəsmiləri İranla bağlı danışıqlar fonunda diqqətçəkən açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti JD Vensbildirib ki, İranın təqdim etdiyi ilkin 10 maddəlik təklifin "ChatGPT" vasitəsilə hazırlandığı düşünülüb və bu səbəbdən sənəd dərhal rədd edilib.

Onun sözlərinə görə, həmin təklif ABŞ nümayəndələrinə təqdim olunsa da, ciddi qəbul edilməyib və danışıqlar üçün əsas kimi götürülməyib.

Bu açıqlama ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən iki həftəlik atəşkəs fonunda səsləndirilib. 

Qeyd edək ki, tərəflər arasında danışıqların aprelin 11-də Islamabad şəhərində başlaması planlaşdırılır. Görüşdə ABŞ nümayəndə heyətinin də iştirakı gözlənilir. (Milli.az)


SON XƏBƏRLƏR

08 Aprel 2026