İşğaldan azad edilmiş ərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edərkən deyib.
Onun sözlərinə görə, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib.
Dövlət başçısı Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını da bildirib.
Bakı 




