Sosial Tədqiqatlar Mərkəzinin (STM) Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Xatırladaq ki, Ə.Əlibəyli indiyədək Atv.az, ANSPress, Publika.az saytlarında redaktor, A24.az və Femida.az saytlarında isə şef-redaktor vəzifələrində çalışıb.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinə deputat Zahid Oruc rəhbərlik edirdi. Bu il fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilir.
Bakı 




