• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI

CƏMİYYƏT

10 Mart 2026 | 18:43

Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi.

A.Murtuzov ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

"Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə məlumatda bildirilir. 


SON XƏBƏRLƏR