İmişli şəhər 8 saylı tam orta məktəbin hicablı şagirdləri məktəb binasına və dərslərə buraxılmır.
Bakıvaxtı.az-ın məlumatına görə, məsələ ilə bağlı "Unikal"a daxil olan müraciətdə bildirilib ki, bu barədə direktor Rəna Quliyeva özbaşına qərar qəbul edib.
Direktor bu barədə ona ünvanlanan sualı da cavabsız qoyıb.
İddia olunur ki, direktor bundan əvvəl 2 dəfə müxtəlif məsələlərə görə şiddətli töhmət alıb. Lakin 64 yaşlı direktor hələ də vəzifəsini davam etdirir.
Araşdırmamız zamanı məlum olub ki, R.Quliyevanın həyat yoldaşı Səfa Ağayevdir. O, hazırda həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin birinci müavini olub. Daha sonra ona rayonda başqa vəzifə verilib.
Bakı 





