• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

78 yaşlı kişi hamamda partlayış nəticəsində öldü - YENİLƏNİB

HADİSƏ

10 Mart 2026 | 11:30

78 yaşlı kişi hamamda partlayış nəticəsində öldü - YENİLƏNİB

Martın 9-u saat 00:40 radələrində 1 nəfər Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1948-ci il təvəllüdlü şəxsə yanıq şoku, bədən səthinin 90% və daha çox səthinin termiki yanığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 05:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

***

10:44

Ağdaşda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdaş şəhər sakini 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamamında su qızdırıcının partlaması və qaynar suyun üzərinə dağılması nəticəsində yanıq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan şəxs orada ölüb.


SON XƏBƏRLƏR

09 Mart 2026