• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Bayram namazı nə vaxt qılınacaq? - QMİ-dən AÇIQLAMA

CƏMİYYƏT

10 Mart 2026 | 12:01

Bayram namazı nə vaxt qılınacaq? - QMİ-dən AÇIQLAMA

Ramazan ayının başa çatması ilə birlikdə müsəlmanlar Ramazan bayramını qeyd edir. Bu günün ən mühüm ibadətlərindən biri bayram namazıdır.

Hər il olduğu kimi, bu il də bayram namazının hansı vaxtda qılınacağı mövzusu inanclı insanlar üçün maraq doğurur.

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq QMİ-nin sədr müavini hacı Fuad Nurullayev bildirib ki, bayram namazı bayram günü qılınır. Onun sözlərinə görə, bu namaz Azərbaycanın bütün məscidlərində səhər saatlarında - təxminən 08:00-09:00 radələrində qılınır:

"Hazırda gözlənilir ki, Ramazan bayramı martın 20-nə təsadüf etsin. Bununla bağlı yekun qərar bir neçə gün əvvəl elan olunacaq, ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR