Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz və demək olar ki, hamının sevdiyi bir meyvə var ki, mütəxəssislər onunla bağlı gözlənilməz xəbərdarlıq edir. Bu qidanın nəzarətsiz və həddindən artıq istehlakı ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Bakıvaxtı.az xəbər verir ki, söhbət banandan gedir.
İlk baxışda faydalı görünən bu meyvə, əslində normadan artıq istifadə edildikdə bədəndə təhlükəli balans pozğunluğu yarada bilər. Xüsusilə yüksək kalium tərkibi səbəbilə həddən çox yeyilməsi ürək ritminə təsir edə, bəzi hallarda isə ciddi fəsadlara gətirib çıxarır.
Bununla yanaşı, mütəxəssislər bildirir ki, gündəlik normanı aşan istehlak uzun müddətdə orqanizmi zəiflədə, maddələr mübadiləsini poza və müxtəlif sağlamlıq risklərini artıra bilər. Həmçinin, banan yüksək şəkər tərkibi səbəbilə nəzarətsiz istifadə çəki artımına da təsir göstərir.
Aynur Babazadə
Bakı 




