• Bakı 26° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Bu marşrutlarla bağlı QƏRAR VERİLDİ

CƏMİYYƏT

09 May 2026 | 09:40

Bu marşrutlarla bağlı QƏRAR VERİLDİ

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti,

61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026