• Bakı 21° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

DİQQƏT! Bu ərazilərdə su olmayacaq

CƏMİYYƏT

07 Iyun 2026 | 22:23

DİQQƏT! Bu ərazilərdə su olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Sumqayıt Sukanal İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, səhər saat 09:00-dan etibarən günün sonunadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar və Mida Bulvar ərazilərində yaşayan ümumilikdə 12 min abonent içməli su ilə təmin olunmayacaq.

Qeyd olunub ki, fasilə magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyun 2026