• Bakı 24° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Zorakılığa məruz qalan azyaşlının anası: “Həmin gün bilmişəm ki...” - VİDEO

CƏMİYYƏT

07 Iyul 2026 | 19:50

Zorakılığa məruz qalan azyaşlının anası: “Həmin gün bilmişəm ki...” - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda liftdə autizmli azyaşlıya qarşı fiziki zorakılıq edilməsinə dair görüntülər yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, azyaşlının anası Fidan Abdulla hadisə ilə bağlı danışıb.

O bildirib ki, hadisədən sonra 11 yaşlı övladı bir neçə saat danışa bilməyib və ciddi qorxu keçirib:

“Hadisədən bir neçə saat sonra oğlum mənə liftə daxil olarkən bir nəfərin onu vurduğunu dedi. Əvvəlcə həmin şəxsin uşaq olduğunu düşündüm. Səhəri gün binanın müşahidə kameralarının görüntülərinə baxanda gördüm ki, oğlumu itələyən şəxs 29 yaşlı kişi imiş. Polisə müraciət etdim, çox az müddətdə saxlanıldı. Bildiyim qədər dispanserə yerləşdirilib. Hadisə günü bilmişəm ki, bizim belə bir qonşumuz var”.

Daha ətraflı “Baku TV”nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR