• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı - VİDEO

CƏMİYYƏT

07 Iyun 2026 | 18:11 | Müəllif: Subhan Mahmudov

Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı - VİDEO

Bakının mərkəzində, məşhur xeyriyyəçi Ağa Musa Nağıyevə məxsus olmuş memarlıq abidəsi statuslu binalardan birində yerləşən mənzil satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən mənzil Səməd Vurğun küçəsində yerləşir.

Bildirilir ki, bina cəmi 3 mərtəbədən ibarətdir və hər mərtəbədə yalnız bir mənzil yerləşir. Mənzilin ümumi sahəsi 363 m² təşkil edir.

Mənzilin əsas üstünlüklərindən biri təxminən 5 metr hündürlüyündə tavanlara malik olması və otaqların əksəriyyətində dövrün orijinal əl işləri olan naxışlı gips ornamentlərinin qorunub saxlanılmasıdır. Bu, tarixi ruhu və memarlıq dəyərini bu günə qədər yaşadan nadir nümunələrdən biridir.

Mənzil yüksək keyfiyyətli italyan interyeri ilə təchiz olunub. İstifadə olunan mebel və avadanlıqlar dünyanın aparıcı brendlərinə məxsusdur: "Chelini, Groce Giovanni", "Grifoni Vittorio", "Dolfi", "Loro Piana və Etro".

Mətbəx avadanlıqları "La Cornue və Lottocento", hamam aksesuarları isə "Bianchini & Capponi" markalarındandır. Mənzildə "Bosse" musiqi sistemi quraşdırılıb və bütün interyer konsepsiyası italyan memar tərəfindən xüsusi olaraq layihələndirilib.

Qeyd edək ki, evin qiyməti 1 milyon 300 min dollardır (2 milyon 210 min manat).

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026