• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Bakı-Tbilisi marşrutu üzrə 5500-dək bilet satışa çıxarılıb - ADY

CƏMİYYƏT

07 Iyul 2026 | 15:54

Bakı-Tbilisi marşrutu üzrə 5500-dək bilet satışa çıxarılıb - ADY

İyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon qoşulacaq. Biletlər bu gündən satışa verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bu istiqamət üzrə biletlər mövcuddur və 5500-dək bilet satışa çıxarılıb.

“Müraciətlərin sayı çox olduğundan müəyyən ləngimələr baş verir, ancaq nəzarət altındadır və hər hansı çətinlik yoxdur”, - deyə departament rəisi qeyd edib.

Azər Fərəcov deyib ki, hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR