• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

YPX əhaliyə müraciət etdi

CƏMİYYƏT

09 May 2026 | 10:09 | Müəllif: Əli Hüseynov

YPX əhaliyə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

Bildirilib ki, xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır:

"Sürücülərdən xahiş olunur ki hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026