• Bakı 24° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Hamı onun ölümündən sarsılıb - Axtarışına bütün kənd qoşulmuşdu...

CƏMİYYƏT

08 Iyun 2026 | 09:45

Hamı onun ölümündən sarsılıb - Axtarışına bütün kənd qoşulmuşdu...

İyunun 7-nə keçən gecə Naxçıvanda 7 yaşlı uşağın kanalda bataraq həyatını itirdiyi hadisə Muxtar Respublikada geniş rezonans doğurub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvanın Qaraxanbəyli kəndi ərazisində velosiped sürərkən kanala yıxılan 2019-cu il təvəllüdlü  Elmir Cahangir oğlu Qurbanovun huşsuz halda xəstəxanaya çatdırıldığı, lakin həyatının xilas edilməsinin mümkün olmadığı bildirilib.

Məlumata görə, axşam saatlarında 7 yaşlı Elmirdən xəbər ala bilməyən yaxınları onu axtarmağa başlayıb. Axtarışa qonşular, qohumlar və digər şəxslər də qoşulub və Elmirin velosipedi kanalın yaxınlığında tapılıb.

Sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, artıq gec imiş.

Bildirilib ki, faciəvi şəkildə həyatını itirən Elmir Naxçıvanda tanınmış ailənin övladı olub. Onun atası Cahangir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijorudur.

Azyaşlının əmisi general-leytenant Babək Qurbanov Vətən Müharibəsi Qəhrəmanıdır. Digər əmisi Bayram Qurbanov isə XTQ-nin polkovnik-leytenantıdır. Onların ikisi də hazırda ehtiyatdadır.

Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026