• Bakı 23° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

4345 manatlıq paltar oğurlayan qadına hökm oxundu

CƏMİYYƏT

08 Iyul 2026 | 00:22

4345 manatlıq paltar oğurlayan qadına hökm oxundu

Bakıda geyim mağazalarından 4345 manatlıq paltar oğurlayan qadına hökm oxunub.

Bakıvaxtı.az Xitab24.az-a istinadla xəbər verir ki, 42 yaşlı qadın “Kressent Moll” və “28 Moll”dakı “Massimo Dutti”, “Oyşo” və “Stradivarius” mağazalarından ümumilikdə 4345 manat dəyərində paltar oğurlayıb.

O özü ilə gətirdiyi xüsusi dəmir alətlə paltarların üzərindəki mühafizə maqnitlərini çıxarıb. Həmin açarı isə Bakıda bir mağazadan 20 manata aldığını deyib.

Oğurladığı geyimləri tanışlarına mağazada işləyən rəfiqələri vasitəsilə endirimlə aldığını söyləyərək satıb.

Son oğurluqdan sonra “28 Moll”ın çıxışında təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə qadın 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026