• Bakı 23° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

08 Iyul 2026 | 00:01

Bu ərazilərdə işıq olmayacaq

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, iyulun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Naxçıvani, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Zivər bəy Əhmədbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Pəhlivan Fərzəliyev, 4, 6 və 8-ci köndələn küçələrinin bəzi yerlərini əhatə edəcək.

Paytaxtla yanaşı 8-10 iyul tarixlərində Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/6 kV-luq “Karxana-601” yarımstansiyasında 16 mVA gücündə transformator yeni 40 mVA gücündə transformatorla əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, 20 Yanvar, Mirzə Ələkbər Sabir və Təbriz küçələrinin bəzi ərazilərində enerjinin verilişində qısa müddətli fasilə olacaq.

Biləsuvar EŞ-nin ərazisində 110/35/10/6 kV-luq “Səmədabad” yarımstansiyasından çıxan 35 kV-luq “Səmədabad” hava xəttində təmir işləri görüləcək. Beləliklə, saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.

Həmçinin Cəlilabad EŞ-nin ərazisində yerləşən

110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq “Cəlilabad” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026