• Bakı 24° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Uralda Azərbaycan mətbəxinin uğuru - FOTOLAR

CƏMİYYƏT

08 Iyun 2026 | 09:52

Uralda Azərbaycan mətbəxinin uğuru - FOTOLAR

"Ural xalqlarının milli mədəni ənənələri" IX festivalı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, destivalda ölkəmizi Ural Federal Dairəsi üzrə fəaliyyət göstərən "Azərbaycan-Ural" Regionlararası Təşkilatı təmsil edib.

Festival çərçivəsində müxtəlif xalqlar öz milli mədəniyyətlərini, adət-ənənələrini və mətbəx nümunələrini nümayiş etdiriblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Azərbaycan mətbəxi festivalın ən yaxşı mətbəxi seçilib. Bu uğur yalnız kulinariya sahəsində qazanılmış nailiyyət deyil, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin və milli dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Uralda keçirilən festivalda əldə olunan nəticə milli mətbəximizin beynəlxalq nüfuzunun daha bir göstəricisidir.

"Azərbaycan-Ural" Regionlararası Təşkilatının sədri Kərim Qurbanov bildirib ki, təşkilatın festivalda uğurlu iştirakı bir daha göstərdi ki, xaricdə yaşayan soydaşlarımız milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərirlər:

“Azərbaycan mətbəxinin "ən yaxşı mətbəx" adına layiq görülməsi isə bu fəaliyyətin konkret nəticələrindən biri kimi diqqət çəkir”.

Murda Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026