• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

ADY yarımildə sərnişin daşınmasını 18 % artırıb

CƏMİYYƏT

08 Iyul 2026 | 09:47

ADY yarımildə sərnişin daşınmasını 18 % artırıb

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Abşeron dairəvi dəmir yolu və rayonlararası marşrutlarla 5 milyon 464 min 009 sərnişin daşınıb.

Bu barədə Bakıvaxtı.az-a ADY-dən məlumat verilib.

Bu, 2025-ci ilin ilk yarısı ilə müqayisədə 18 % çoxdur.

Bu ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox (+17 %), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (+17 %) səfər edib.

Təkcə iyun ayında isə ADY qatarları ilə 950 min 287 sərnişin daşınıb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 24 % çoxdur.

Eyni zamanda, may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026