• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Bu ölkədə sürücülük vəsiqəmizi DƏYİŞƏ BİLƏRİK

CƏMİYYƏT

09 Aprel 2026 | 10:58

Bu ölkədə sürücülük vəsiqəmizi DƏYİŞƏ BİLƏRİK

Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az məlumat verir ki, sazişin qüvvəyə minməsi ilə Azərbaycan və Belarus vətəndaşları qarşılıqlı olaraq öz ölkələrində verilmiş sürücülük vəsiqələrini tanıdıb dəyişdirə biləcəklər.

Bu addım iki ölkə arasında nəqliyyat və avtomobil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.

Sazişin təsdiqi ilə bağlı iclas sabah keçiriləcək və deputatların müzakirəsindən sonra rəsmi təsdiq prosesi baş tutacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Aprel 2026