• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

CƏMİYYƏT

09 May 2026 | 10:43 | Müəllif: Əli Hüseynov

Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Mayın 9-u saat 10:00-a olan məlumatına əsasən mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.

    Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.

    Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026