Böyük Britaniya Şərqi Aralıq dənizinə ikinci gəmini - aviasiya platforması kimi istifadə üçün təchiz edilmiş "RFA Lyme Bay" desant gəmisini göndərməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "RFA Lyme Bay" köməkçi gəmisinin Şərqi Aralıq dənizində dəniz tapşırıqlarını yerinə yetirmək üçün yerləşdirilməsinə hazırlıq gedir.
"Məqsədəuyğun planlaşdırma çərçivəsində biz ehtiyat tədbiri kimi "RFA Lyme Bay" köməkçi gəmisini yüksək hazırlıq vəziyyətinə gətirmək qərarına gəldik. Gəmi zərurət yaranacağı təqdirdə dəniz tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunacaq", - Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Bakı 




