Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 13-də keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, parlamentin plenar iclasının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Sözügedən hesabat nədir?
Bakıvaxtı.az bildirir ki, hesabatda hökumətin ötən il ərzində gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti və digər mühüm məsələlər əks olunacaq. Eyni zamanda, hesabatda 2024-cü ilin yekunları ilə bağlı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr barədə də ətraflı məlumat yer alacaq.
Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə təqdim olunması parlamentlə hökumət arasında əlaqələrin gücləndirilməsi və sosial-iqtisadi məsələlərin obyektiv şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qanunvericiliyə əsasən, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanunun 1-ci maddəsi Nazirlər Kabinetinə hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətini təqdim etmək öhdəliyi qoyur.
Beləliklə, Nazirlər Kabinetinin illik hesabatı 13 mart tarixli plenar iclasda təqdim olunacaq.
Əli Hüseynov
Bakı 


jpg-1773126132.jpg)

