• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Makron İran prezidentinə zəng edib

SİYASƏT

09 Aprel 2026 | 09:26 | Müəllif: Zeynəb Rzayeva

Makron İran prezidentinə zəng edib

“Mən İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampla telefonla danışdım”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Onlara atəşkəsi qəbul etmək qərarlarının mümkün olan ən yaxşı qərar olduğunu dedim. Ümid edirəm ki, atəşkəsə Livan da daxil olmaqla bütün münaqişə zonalarında müharibə edən tərəflər tam şəkildə hörmət edəcək. Bu, atəşkəsin etibarlı və davamlı olması üçün ilkin şərtdir.

Bu, Yaxın Şərqdə hamı üçün təhlükəsizliyi təmin edə biləcək hərtərəfli danışıqlara yol açmalıdır. Hər hansı bir razılaşma İranın nüvə və ballistik raket proqramları, eləcə də Hörmüz boğazından gəmilərin daşınmasına mane olan regional siyasəti və hərəkətləri ilə bağlı narahatlıqları həll etməlidir. Töhfə verə bilən hər kəsin dəstəyi ilə davamlı sülh belə qurula bilər", - Makron qeyd edib.

Onun sözlərinə görə, Fransa Yaxın Şərqdəki tərəfdaşları ilə sıx əlaqələndirmədə tam rolunu oynayacaq. Makron bildirib ki, bu məsələlər Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Livan və İraq liderləri ilə də müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026