• Bakı C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Şimali Koreya Çinlə münasibətləri gücləndirmək istəyir

DÜNYA

10 Mart 2026 | 10:04

Şimali Koreya Çinlə münasibətləri gücləndirmək istəyir

Şimali Koreya lideri Kim Çen In Çin Sədri Si Cinpinə teleqram göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.

Kim Çen In çinli həmkarına Koreya Fəhlə Partiyasının 9-cu qurultayında yenidən baş katibi seçilməsi münasibətilə təbriklərinə görə təşəkkürünü bildirib.

Teleqramda deyilir: “Yeni dövrün çağırışları və hər iki ölkənin xalqlarının istəklərinə uyğun olaraq, ənənəvi Koreya-Çin dostluğunun daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi partiyamız və respublika hökumətinin sarsılmaz mövqeyidir. Ümid edirəm ki, ortaq sosialist məqsədimiz irəlilədikcə, iki partiya və iki ölkə arasında əməkdaşlıq daha da sıxlaşacaq”.

Qeyd edək ki, Koreya Fəhlə Partiyasının 9-cu qurultayı fevralın 19-25-də Pxenyanda keçirilib. Qurultayda 5000 nümayəndə və 2000 müşahidəçi iştirak edib./Teleqraf 


SON XƏBƏRLƏR

09 Mart 2026