• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Trampdan atəşkəslə bağlı YENİ AÇIQLAMA: ...İranda qalacağıq

DÜNYA

09 Aprel 2026 | 08:20

Trampdan atəşkəslə bağlı YENİ AÇIQLAMA: ...İranda qalacağıq

ABŞ Prezidenti Tramp İran ətrafındakı hərbi mövcudluğun davam edəcəyini açıqlayıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, "müqavilə pozularsa, misli görünməmiş güclə cavab veriləcəyi" mesajını verib.

İranla bağlı təəccüblü açıqlamalarını davam etdirən Tramp, ABŞ gəmilərinin, təyyarələrinin və hərbi personalının İran ətrafında yerləşdiriləcəyini bəyan edib.

Onun sözlərinə görə, bölgədəki hərbi elementlər lazımi sursat və silahlarla hazır vəziyyətdə saxlanıllr. Ağ Ev sahibi bunun "onsuz da zəifləmiş düşmənə qarşı əməliyyat hazırlığının" bir hissəsi olduğunu əlavə edib.

İranla müqaviləyə riayət etməyin vacibliyini vurğulayan Tramp, mümkün pozuntu halında sərt cavab veriləcəyini qeyd edib.

Bəyanatda həmçinin İranın nüvə silahı inkişaf etdirməməsi və Hörmüz boğazının açıq və təhlükəsiz saxlanılmasının əsas şərtlərdən biri olduğu vurğulanır.

O, ABŞ ordusunun bölgədə hazır olduğunu bildirərək, hərbi qüvvələrin mümkün inkişaflara qarşı hazır vəziyyətdə olduğunu vurğulayıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

08 Aprel 2026