q
  • Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Rusiya və Ukrayna arasında üç günlük atəşkəs olacaq - Tramp

DÜNYA

08 May 2026 | 22:32

Rusiya və Ukrayna arasında üç günlük atəşkəs olacaq - Tramp

ABŞ Prezidenti Donald Trump Rusiya və Ukrayna arasında 9–11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

Onun sözlərinə görə, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək. Razılaşma bütün hərbi əməliyyatların dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

ABŞ lideri bildirib ki, təşəbbüs birbaşa onun tərəfindən irəli sürülüb və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən dəstəklənib.

“Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sona çatmasının başlanğıcı olacaq”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, tərəflər münaqişənin başa çatmasına hər gün bir qədər də yaxınlaşır.

 


SON XƏBƏRLƏR