Niderland Avropa Birliyinin Ermənistana dəstəyi çərçivəsində Ermənistan gül sənayesinə yardım göstərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri Tom Berendsen sosial media hesabında yazıb.
"Niderland Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin elan etdiyi AB-nin yardım paketini dəstəkləyir və həmçinin Ermənistan gül sənayesi kimi zərər görmüş sektorlarına praktiki yardım göstərmək imkanlarını araşdırır", - deyə o bildirib.
Nazirin sözlərinə görə, “Royal Flora Holland” konqlomeratı ticarət platformasını erməni gül istehsalçılarına açacaq və onları Avropa və digər ölkələrdəki alıcılarla əlaqələndirəcək.
Qeyd edək ki, Rusiya fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edib.
Bakı 




