• Bakı 22° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Meymun qəfəsinə daxil oldular, 4 000 dollar cərimələndilər

DÜNYA

07 Iyun 2026 | 10:39

Meymun qəfəsinə daxil oldular, 4 000 dollar cərimələndilər

Yaponiyada İtikava şəhər zooparkındakı meymun qəfəsinə qanunsuz daxil olmaqda təqsirli bilinən iki ABŞ vətəndaşının hər biri təxminən 2 000 ABŞ dolları (300 000 yen) məbləğində cərimə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri" qəzeti məlumat yayıb.

Tiba prefekturasının prokurorluğu 24 yaşlı universitet tələbəsi və 27 yaşlı şirkət əməkdaşına qarşı sadələşdirilmiş ittiham aktını məhkəməyə göndərib. İşə Tiba şəhər məhkəməsində sadələşdirilmiş icraat qaydasında baxılıb.

İstintaqın məlumatına görə, mayın 17-də hər iki şəxs zooparkda internet fenomeni olan "Panç" ləqəbli primatın da olduğu meymun qəfəsinə daxil olublar. Onların bu hərəkəti zooparkın iş rejiminin pozulmasına və müəssisənin normal fəaliyyətinin dayanmasına səbəb olub.


Məhkəmə sanksiyası ilə gənclərin hər birinə 300 000 yen (təxminən 2 000 ABŞ dolları) cərimə kəsilib və həmin məbləğ elə qərar çıxarılan gün ödənilib.

Qeyd edək ki, "Panç" ləqəbli meymun qeyri-adi davranışı ilə sosial şəbəkələrdə məşhurlaşıb. O, tez-tez oyuncaq oranqutandan öz anasıymış kimi bərk-bərk yapışır və qrupdakı digər meymunların hərəkətlərini təqlid etməyə çalışır.


SON XƏBƏRLƏR

06 Iyun 2026