İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampdan Türkiyəyə hava qüvvələrini modernləşdirmək üçün Amerika silah sistemlərini satmamasını istəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin 12-ci Kanalı məlumat yayıb.
Bu arada, sabah Ankarada keçiriləcək NATO sammitində Türkiyə və ABŞ prezidentləri arasında görüş planlaşdırılır.
Rəcəb Tayyib Ərdoğan və Donald Trampın müdafiə, ticarət və investisiya da daxil olmaqla ikitərəfli münasibətləri, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə addımları müzakirə edəcəyi gözlənilir.
Bakı 



