• Bakı 26° C

    10.06 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Rusiyadan Kiyevə kütləvi zərbə: 11 ölü, 46 yaralı - YENİLƏNİB

DÜNYA

06 Iyul 2026 | 10:13

Rusiyadan Kiyevə kütləvi zərbə: 11 ölü, 46 yaralı - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.

    Onun sözlərinə görə, 46 nəfər yaralanıb.

    ***

    09:31

    İyulun 6-na keçən gecə Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.

    Bakıvaxtı.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

    Məlumata görə, raket zərbəsi nəticəsində azı 9 nəfər ölüb, 46 nəfər isə yaralanıb.

    Partlayışlar şəhərin müxtəlif rayonlarında və ətrafında baş verib. İnsanlar metro stansiyalarına sığınıb.

    Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnitsa rayonunda bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında insanlar ola bilər.

    Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.

    Hücumdan bir neçə saat əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə yeni kütləvi zərbə hazırladığı barədə xəbərdarlıq etmişdi.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Iyul 2026
    04 Iyul 2026