• Bakı 26° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

ABŞ-də atışma: "TikTok"er "DreamDoll Bri" həlak oldu

DÜNYA

07 Iyul 2026 | 08:58

ABŞ-də atışma: TikToker DreamDoll Bri həlak oldu

"DreamDoll Bri" təxəllüsü ilə tanınan 21 yaşlı "TikTok" influenseri Brianna Conson Amerikanın Florida ştatında atışma nəticəsində həlak olub.

Bakıvaxtı.az-ın məlumatına görə,  "Fox News" xəbər verir ki, insident iyulun 5-də səhər saatlarında Miramar şəhərində baş verib.

Telekanalın məlumatına görə, Conson "Lamborghini Urus" avtomobilinin sükanı arxasında olarkən, maşına ağ rəngli sedan yaxınlaşıb və oradan naməlum şəxslər atəş açıblar.

Bloger hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha iki nəfər son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin şəxsiyyəti və cinayətin motivləri müəyyənləşdirilir.

Qeyd edək ki, "Gun Violence Archive" qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-nin Müstəqillik Gününün qeyd edildiyi üç gün ərzində ölkədə 100 nəfər atışmanın qurbanı olub, daha 340 şəxs yaralanıb./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026