• Bakı 26° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Türkiyədə avtobus aşdı: 41 nəfər xəsarət aldı

DÜNYA

07 Iyul 2026 | 08:52

Türkiyədə avtobus aşdı: 41 nəfər xəsarət aldı

Türkiyədə avtobus qəzası baş verib.

Bakıvaxtı.az "HaberGlobal"a istinadla xəbər verur ki, hadisə Kırıkkale şəhərində qeydə alınıb.

Belə ki, Tekirdağdan Kayseriyə gedən sərnişin avtobusu Kaman-Ankara magistral yolunda, Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetməni itirərək aşıb.

Məlumata görə, qəzada 3-ü ağır olmaqla 41 nəfər yaralanıb.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Kırıkkale valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, 38 sərnişin, 2 sürücü və 1 köməkçi sürücü, ümumilikdə 41 nəfər yaralanıb. Yaralılar hadisə yerindən xəstəxanalara aparılıb.

İlkin məlumata görə, qəzaya səbəb yolun şehlə əlaqədar yolun sürüçkən olması olub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026