• Bakı 24° C

    10.98 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

HƏMAS komandiri öldürüldü

DÜNYA

07 Iyul 2026 | 00:02

HƏMAS komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının təlim idarəsinin rəhbəri Fadi Fələh Aşur Dağmaşın öldürüldüyünü açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fadi Fələh HƏMAS-ın silahlı qanadının təlim proqramlarına rəhbərlik edir, həmçinin Qəzza zolağında İsrail qüvvələrinə qarşı döyüş əməliyyatlarının təşkilatçılarından biri olub.

İMQ-nin açıqlamasında, həmçinin qeyd olunub ki, zərbə endirilməzdən əvvəl mülki əhali arasında mümkün itkilərin minimuma endirilməsi məqsədilə müxtəlif tədbirlər görülüb.

HƏMAS hərəkatı isə İsrailin bu açıqlaması ilə bağlı hələlik rəsmi bəyanat verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026