ABŞ Prezidenti Donald Tramp, administrasiyasının tələbi ilə pərakəndə satış nəhəngi "Walmart"ın böyük endirimə gedəcəyini bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkənin müstəqilliyinin 250-ci ildönümüdür.
Tramp sosial media hesabında qeyd edib ki, şirkət digər məhsullarla yanaşı, xüsusilə qiymə ətinin qiymətini təxminən 15% aşağı salacaq. Bunun milyonlarla amerikalı üçün böyük hadisə olduğunu vurğulayan Tramp, "Walmart"ı vətənpərvər şirkət adlandırıb və digər pərakəndə satıcıları da bu addımı izləməyə çağırıb.
Əvvəlki administrasiyanın inflyasiya böhranı ilə yüksəltdiyi qiymətləri aşağı saldıqlarını iddia edən Tramp, söz verdiyi kimi neft, benzin, yumurta və reseptli dərmanların qiymətlərinin də gerilədiyini əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



