• Bakı 26° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO

CƏMİYYƏT

07 Iyul 2026 | 10:51

Lukoildən narazılıq: Yanacağı az vururlar - VİDEO

Sürücü "Lukoil" yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacağın az vurulduğunu iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, 20 manat məbləğində ödəniş etsə də, avtomobilinə cəmi 17 manat 16 qəpiklik benzin vurulub.

O bildirib ki, bu halı "Lukoil"in digər yanacaqdoldurma məntəqələrində də dəfələrlə yaşayıb.

Sürücü deyir ki, yanacaq doldurularkən sayğacı görmək istədikdə, əməkdaşlar sistemin donduğunu əsas gətiriblər.

Vətəndaş bunun müştərilərin hüquqlarının pozulması olduğunu iddia edərək, hər müştəridən bu şəkildə az miqdarda yanacaq verilməsinin gün ərzində böyük məbləğə çevrilə biləcəyini vurğulayıb. 

Sürücü qeyd edib ki, əlində 20 manatlıq ödənişi təsdiq edən çek də mövcuddur və məsələni ictimailəşdirməkdə məqsədi digər vətəndaşları da xəbərdar etməkdir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026