• Bakı 26° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

UEFA Çempionlar Liqası: “Sabah” mübarizəyə başlayır

İDMAN

07 Iyul 2026 | 08:47

UEFA Çempionlar Liqası: “Sabah” mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Sabah" mübarizəyə doğma meydanda başlayacaq.

Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.

"Sabah"ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026