Futbol üzrə dünya çempionatının Portuqaliya- İspaniya oyunu başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, gərgin keçən oyun ispanların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, İspaniya millisinin oyunçusu Mikel Merino 90+1-ci dəqiqədə hesabı açaraq Portuqaliya millisinin məyus edib. Elə bu qol oyunun taleyini həll edib.
Bununla da Portuqaliya dünya çempionatı ilə vidalaşıb.
Murad Məmmədli
***
00:09
Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
06 iyul, 23:52
Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyununda ilk hissə bitib.
Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
23:00
Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 1/8 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
















