Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb.
Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb.
Avtomobildə daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 





