Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə hazırlaşan müəllimlərın özləri də repetitor yanına gedirlər.
Belə olanda sual yaranır: müəllim tədris etməli olduğu fənni kimdənsə öyrənirsə, şagirdə dərsi necə deyəcək?
Bakıvaxtı.az-ın məlumatına görə, mövzuya münasibət bildirən təhsil eksperti Rizvan Fikrətoğlu hesab edir ki, bu hal kifayət qədər normal və mənfi tendensiya kimi qarşılanmamalıdır.
Təhsil eksperti buna səbəb kimi sertifikasiyanın və MİQ-in sual tiplərinin fərqli olmasını göstərib.
Rizvan Fikrətoğlunun sözlərinə görə, önəmli olan keyfiyyətli öyrənmək və tədris etməkdir. Belə olan halda isə əldə olunan biliklər hər zaman məhsuldar olacaq.
O həmçinin bu halın mənfi cəhətinə də toxunub.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber-in videomaterialını təqdim edirik:
Bakı 



