• Bakı 26° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

İDMAN

07 Iyul 2026 | 10:59

Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gələcək. Atlanta stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 8-nə keçən gecə isə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026