İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli oğlu Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq, bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.
Bakı 



