• Bakı 26° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Zəngilanda əmək yarmarkası keçiriləcək

CƏMİYYƏT

07 Iyul 2026 | 10:25

Zəngilanda əmək yarmarkası keçiriləcək

Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da "Ağalı" hotelində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026