• Bakı 24° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İranda ardarda zəlzələlər oldu

DÜNYA

07 Iyun 2026 | 17:14 | Müəllif: Zeynəb Rzayeva

İranda ardarda zəlzələlər oldu

Bu gün Tehranın şərqində yerləşən Pardis şəhərində iki dəqiqəlik fasilə ilə iki zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə” Mehr News” məlumat yayıb.

Seysmoloji məlumatlara görə, ilk zəlzələ saat 12:21-də Rixter cədvəli üzrə 2,6 bal gücündə baş verib. Yeraltı təkanın ocağı 9 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ isə saat 12:23-də 2,9 bal gücündə qeydə alınıb. Bu zəlzələnin episentri isə 7 kilometr dərinlikdə olub.

Hər iki zəlzələ nisbətən zəif qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026