• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Seneqalda hamilə deputata hücum edən iki deputat həbs olundu

DÜNYA

07 Iyul 2026 | 16:10

Seneqalda hamilə deputata hücum edən iki deputat həbs olundu

Seneqalda hamilə deputat Ami Ndiayeyə hücum edərək onun qarnına təpik vuran iki müxalifət deputatı 6 ay azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, məhkəmə deputatlar Mamadou Nianq və Masata Samb barədə hökm çıxararaq, onları Ami Ndiayeyə kompensasiya olaraq təxminən 8 100 ABŞ dolları ödəməyə də məhkum edib.

Məlumata görə, insident Ami Ndiayenin müxalifətə yaxın olan dini xadimi tənqid etməsindən sonra baş verib. Hücumdan sonra Ami Ndiaye huşunu itirib. Bildirilir ki, hadisə nəticəsində körpənin itirilməsi riski yaranıb.

Ndiaye sonradan xəstəxanadan buraxılsa da, deputatın vəziyyəti hələ də ağır olaraq qalır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR