• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Almaniya orbitə 1200-ə qədər kəşfiyyat və rabitə peyki çıxarmağı planlaşdırır

DÜNYA

07 Iyul 2026 | 15:19

Almaniya orbitə 1200-ə qədər kəşfiyyat və rabitə peyki çıxarmağı planlaşdırır

Almaniya Silahlı Qüvvələri yaxın illərdə kosmosa 1200-ə qədər kəşfiyyat və rabitə peyki göndərə bilər.

Bakıvaxtı.az "Bild" qəzetinə istinadən xəbər verir ki, layihə həyata keçirilərsə, Almaniya "Starlink"dən sonra dünyada ikinci ən böyük peyk donanmasına sahib olacaq.

 Qəzet qeyd edir ki, 2030-cu ilə qədər hərbi kosmik uçuşlara ən azı 35 milyard avro investisiya qoyulması planlaşdırılır.

 Aerokosmik sənaye nümayəndələri qeyd edirlər ki, ilk müqavilələr iki il ərzində imzalana bilər. İlk peyklərin üç ildən tez olmayaraq buraxılacağı gözlənilir.

Xatırladaq ki, hazırda Yer kürəsinin ətrafında təxminən 15 000 peyk fırlanır ki, bunlardan 10 000-dən çoxu İlon Maskın "SpaceX Starlink" şirkətinə məxsusdur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR